Menu
Your Cart
This is the Header Notice module, use it for promotional or other important messages.

Korporativ Hədiyyələr

Korporativ Hədiyyələr

      Kolleqalarına, biznes partnyorlarına və müştərilərinə  hədiyyələr vermək korporativ mədəniyyətin bir hissəsidir. Bu hədiyyələrin işgüzar əlaqələrin qurulmasında və möhkəmlənməsində rolu böyükdür. Ən vacib məsələ insana vaxtında və dəyər verəcəyi hədiyyəni verməkdir.
        Artıq  həm şirkətlər, həm də əməkdaşları bütün bayramları yüksək ruh və həyacanla gözləyirlər.  Bu səbəbdən hər bayrama uyğun hədiyyə seçmək korporativ tədbirlərin ayrılmaz hissəsinə çevrilmişdir.  
        Korporativ hədiyyə hər şeydən öncə, özünün orijinallığı, neytrallığı və ideyası baxımından həm tədbirə, həm hazırki bayramın əhval-ruhiyyəsinə,həm də şirkətin imicinə uyğun olmalıdır.
Hədiyyə seçilərkən işçilərin yaş  həddinə də diqqət etmək vacib cəhətlərdən hesab edilir.
Əməkdaşların cinsini, yaş fərqlərini, zövq müxtəlifliyini göz önündə tutan şirkətlər ən asan çıxış yolu olaraq əməkdaşlarını  geniş çeşidli və bir neçə fərqli istiqamətlərə malik tanınmış mağazaların hədiyyə kartlarını ilə sevindirməyə üstünlük verirlər. Müxtəlif dəyərlərdə olan hədiyyə kartları işçilərə hər şeydən öncə, öz hədiyyələrini özlərinin seçməsi kimi bir avantaj vermiş olur.
Yeni İl, Novruz bayramı, 8 Mart, Ramazan bayramı və digər ənənəvi bayramlar üçün hədiyyələr müxtəlif növlərə və təyinatına görə fərqləndirilir. İstəyinizə uyğun şirkətinizə özəl korporativ hədiyyələr üçün Aze.Boutique-yə müraciət edə bilərsiniz.

Yuxarıdakı kateqoriyalara keçid etməklə axtardığınız səhifəni tapa bilərsiniz. Və ya dərhal ana səhifəyə qayıda bilərsiniz.

We use cookies and other similar technologies to improve your browsing experience and the functionality of our site. Privacy Policy.